Bakıda hərbçilər qəzaya düşdü - Ağır yaralı var - VİDEO

 Bakıda hərbçilər qəzaya düşdü - Ağır yaralı var - VİDEO

Bakının Suraxanı rayonunda hərbçilərin olduğu minik avtomobili qəzaya uğrayıb.

Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə Yeni Suraxanı adlanan ərazidə qeydə alınıb.

Qəza zamanı maşın işıq dirəyinə çırpılıb.

Nəticədə 1-i ağır olmaqla 2 nəfər xəsarət alıb.

Hadisə yerindən görüntüləri təqdim edirik.

BAKU.WS

VİDEO

18:00 - 1 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin