Bakıda silahlı şəxslər saxlanılıb - FOTO/VİDEO

 Bakıda silahlı şəxslər saxlanılıb - FOTO/VİDEO

Bakının Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları silahlı, eləcə də evlərdən və avtomobillərdən oğurluq edən şəxsləri saxlayıblar.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən tədbir zamanı Balaxanı qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Niyətağa Əliyev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” tapançası, patron darağı və 5 ədəd patron aşkarlanaraq götürülüb. Keçirilən növbəti tədbir zamanı isə 1971-ci il təvəllüdlü Vasif Qəmbərov Ramana qəsəbəsi ərazisində saxlanılıb. Həmin şəxsdən də 1 ədəd “Makarov” tapançası, sandıqça və 4 ədəd patron aşkar olunub. N.Əliyev və V.Qəmbərov silahları bir müddət əvvəl əldə etdiklərini və satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər.

Bundan başqa Şöbə əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı avtomobillərdən oğurluq edən əvvəllər məkum olunmuş Səyyad Qənbərov, Ramana və Sabunçu qəsəbələrində 10-a yaxın evdən oğurluq edən Elçin Cəfərov, Vüqar Sadıxov və Elçin Danilyan saxlanılıblar.

BAKU.WS

VİDEO

17:45 - 31 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin