DİN: 16 yaşlı qız evliliyə məcbur edilməyib, rəsmi nikah bağlanılacaq

 DİN: 16 yaşlı qız evliliyə məcbur edilməyib, rəsmi nikah bağlanılacaq

Daxili İşlər Nazirliyi mediada 32 yaşlı şəxsin 16 yaşlı yeniyetmə ilə ailə qurması barədə yayılan görüntüyə münasibət bildirib.

Asayis.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-ya bildirib.

Qeyd olunub ki, rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər.

Bildirilib ki, onlarla profilaktik iş aparılıb:

"Müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur. Həmin şəxslərə izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaq".

17:15 - 31 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin