“Birazdan 92 ilə dizelin də qiymətini qaldıracaqlar”

 “Birazdan 92 ilə dizelin də qiymətini qaldıracaqlar”

“Neft istehsal edən, iki neftayırma zavodu olan ölkədə niyə 95 markalı benzini özümüz istehsal etmirik, gedib qonşudan alırıq”.

Bu sözləri açıqlamasında deputat, əməkdar jurnalist Aqil Abbas bildirib.

O vurğulayıb ki, benzinin qiymətinin qalxması bütün bazar qiymətlərinin qalxması deməkdir:


“Birazdan yəqin ki, “Aİ-92” markalı benzinin və dizelin də qiymətini qaldıracaqlar”.
 

Deputatın sözlərinə görə, yanacaq artanda ərzaq da bahalaşır və bu da əhaliyə pis təsir göstərir:
“Yanacaq bahalaşanda hər şey bahalaşır, əlbəttə əhaliyə pis təsir edəcək. Dünyaya neft satan ölkədə benzin baha olarmı?!”

Qeyd edək ki, ötən gün “Aİ-95” markalı benzinin qiyməti 1.6 manatdan 2 manata qalxıb. Bu gün isə “Aİ-98” markalı benzinin qiyməti 40 qəpik bahalaşaraq 2.3 manat olub. / Yeniavaz.com

 

13:33 - 13 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin