Şimal bölgəsinin ən yaşlı seçicisi Şabran rayonunun Ağbaş kəndində yaşayan Meynas Maqsudovadır.
Asayis.azAZƏRTAC-a istinadən xəbər verir ki, Meynas Maqsudova fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 56 saylı Şabran-Xaçmaz seçki dairəsinin 30 saylı məntəqəsində səs verəcək.
Bir əsrdən çox yaşayan Meynas nənənin ailəsində 10 övlad, 35 nəvə, 80-dən çox nəticə və 10-dan çox kötükcə böyüyüb.
Ümumilikdə, şimal bölgəsində səkkizi qadın, biri kişi olmaqla, yaşı yüzü keçən 9 seçici var.