Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsinə 20 ildir ki, qaz verilmir.
Asayis.az xezerxeber.az-a istinadən bildirir ki, bu küçədə yerləşən binalardan birində demək olar ki, hər kəsin evində qaz balonu var.
Sakinlərin sözlərinə görə, buna səbəb sözügedən binaya 20 ildir təbii qazın verilməməsidir.
Sakinlər qaz balonlarına görə hər an təhlükəli vəziyyətin yarana biləcəyindən qorxurlar. Tək istəkləri isə binaya təbii qazın verilməsidir.
Mövzu ilə bağlı "Azəriqaz" və Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Hər iki qurumdan bildirildi ki, məsələ araşdırılacaq.
Qeyd edək ki, binanın sakinləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarətdir. Mənzillər onlara 2004-cü ildən etibarən təqdim edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
VİDEO