Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB-2

 Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB-2

Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınan 30 ailədən ibarət növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Asayis.az xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

Bu gün Füzuliyə 104 nəfər keçmiş məcburi köçkün qayıdıb.

***07.48

Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 104 nəfər köçürülüb.

Bununla da indiyədək Füzuli şəhərində 500 ailənin, 1854 nəfərin daimi məskunlaşması təmin edilib.

 

QALEREYA

 

14:00 - 26 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin