Həbsdə olan generalla Mahmudov arasında vasitəçi kimdir? - MTN işi ilə bağlı yeni detallar

 Həbsdə olan generalla Mahmudov arasında vasitəçi kimdir? - MTN işi ilə bağlı yeni detallar

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq idarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun nəzarətindədir.

Bu barədə zərərçəkənlər bildirib. Məlumat üçün deyək ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə Mövlam Şıxəliyevlə yanaşı MTN-nin İstintaq Baş İdarəsinin 1-ci şöbəsinin rəisi Yasin Məmmədov, 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərov mühakimə olunur. 

Zərərçəkənlər bildirir ki, hazırda azadlıqda olan Yasin Məmmədov hamıdan əvvəl məhkəməyə gəlir. Onların sözlərinə görə, Yasin Məmmədov prosesə tez gələrək keçmiş rəisi Mövlam Şıxəliyevlə uzun-uzadı müzakirələr aparır, onun derektivlərini alır. Zərərçəkənlər deyirlər ki, Yasin Məmmədovla Mövlam Şıxəliyevin saatlarla görüşüb danışması onlara qarşı törədilən cinayətlərin ört-basdır edilməsinə xidmət edir. 

Zərəçəkənlərin iddiasına görə, Yasin Məmmədov Mövlam Şıxəliyevdən aldığı tapşırıqları yerinə yetirməklə yanaşı, onunla sabiq MTN şefi Eldar Mahmudov arasında əlaqə yaradan şəxs rolunu oynayır.

"Məhkəmə prosesində baş verənlər də bunu təsdiqləyir. Müttəhimlər çox arxayındır. Hakim sanki onlardan ehtiyat edir. Açıq-aşkar hiss olunur ki, hansısa sehrli əl məhkəməyə təzyiq edir. Biz hesab edirik ki, bu sehrl əl Eldar Mahmudova məxsusdur. O, Yasin Məmmədov vasitəsilə baş verənləri öyrənir və ona uyğun addımlar atır”, - deyə zərəçəknələr bildirib.

15:51 - 13 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin