“Qara şəhər”i tarixə çevirən “Gənclər Paytaxtı” - VİDEO

 “Qara şəhər”i tarixə çevirən “Gənclər Paytaxtı” - VİDEO

Son 20 ildə Sumqayıt şəhəri uğurlu inkişaf yolu keçib. Ölkənin makroiqtisadi göstəricilərində bu şəhərin xüsusi çəkisi artıb, sahibkarlığın inkişafı daha da sürətlənib.

Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıtı da dinamik inkişaf yoluna çıxarıb.

Son 20 ildə Sumqayıtın sosial-iqtisadi həyatında baş verənlər şəhərin yüksələn templə inkişaf etdiyini göstərir. Bu inkişaf hazırda da davam edir və yeni hədəflərə doğru inamla irəliləyir.

Sumqayıtda yeni istehsal və emal müəssisələrinin yaradılması, şəhərin nəqliyyat infrastrukturunun yenilənməsi inkişafın göstəricisidir. Təkcə 2003-cü ildə 327 000 əhalinin yaşadığı Sumqayıtda hazırda 426 000 nəfər əhali yaşayır. Bu da inkişafdan xəbər verir.

Bir vaxtlar Sumqayıt deyəndə ağla gələn “Qara şəhər” statusu indi sumqayıtlılar üçün çoxdan unudulub. İndi bu şəhər müasir sənaye mərkəzi olaraq xatırlanır və yüksələn templə inkişaf edir. 1949-cu ildən şəhər statusu alan Sumqayıtın müasir şəhər kimi də tarixi başlayır.
Sumqayıtda icra olunan mühüm layihələrdən biri də Xəzərin sahilində salınan sahəsi 106 hektar olan dənizkənarı bulvardır. Ərazidə geniş miqyasda yaşıllıq sahəsi salınıb, müasir işıqlandırma sistemi qurulub. Bulvar ərazisində bütün yaş qruplarının istirahəti üçün yüksək şərait yaradılıb.

Qeyd edək ki, Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib.

Ətraflı “ATV Xəbər”in süjetində:

 

VİDEO

11:00 - 26 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin