Xaçmaz-Xudat yolu bağlanıb, istirahət mərkəzinin əməkdaşları təxliyə olunub

 Xaçmaz-Xudat yolu bağlanıb, istirahət mərkəzinin əməkdaşları təxliyə olunub

Xaçmaz-Xudat avtomobil yolu bağlanıb. 

Buna səbəb Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında baş verən yanğın hadisəsidir. 

Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndirilir.

Güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülür.

Ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub.

 


17:55 - 11 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin