Bakı hava limanında ADA Məktəbinin şagirdləri üçün ekskursiya keçirilib - FOTO

 Bakı hava limanında ADA Məktəbinin şagirdləri üçün ekskursiya keçirilib - FOTO

24 yanvar 2024-cü il, Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ Federal Aviasiya Administrasiyasının təşkil etdiyi “The Airport Design Challenge” layihəsində iştirak edən ADA Məktəbinin şağirdləri üçün ekskursiya təşkil olunub. Məktəblilər aviasiya aləminə qərq olaraq regionun ən böyük hava limanlarından birinin işi ilə yaxından tanış olublar. 

 

Ekskursiya çərçivəsində iştirakçılar müxtəlif mühüm obyekt və xidmətlərə, o cümlədən AZAL QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinə, sərnişin və yük terminallarına, aeroportun aerodrom və yanğınsöndürmə xidmətlərinə, “AzalOil” Yanacaq-Sürtgü Materialları İdarəsinə, eləcə də texniki xidmət anqarına baş çəkiblər. Bu, onlara hava limanının təhlükəsiz və səmərəli fəaliyyətini təmin edən proseslərin müxtəlifliyi haqqında unikal fikir əldə etməyə imkan verib.

 

“Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiya sahəsində təhsilin və kadr hazırlığının inkişafına yönəlmiş təşəbbüsləri daim dəstəkləyir. Məktəblilərimizin beynəlxalq layihələrdə iştirakı ölkənin aviasiya sənayesinin gələcək inkişafının formalaşmasında əsas amil ola bilər”, - deyə Bakı hava limanının direktoru Teymur Həsənov vurğulayıb.

 

16:15 - 24 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin