Diabetlə bağlı MÜHÜM YENİLİK

 Diabetlə bağlı MÜHÜM YENİLİK

Norveç və Avstraliyanın iki universitetinin birgə araşdırması nəticəsində diabetlə bağlı mühüm yeniliyi ortaya çıxarıb.

Asayis.Az
 xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Sidney Universiteti və Norveç Arktika Universitetinin alimlərinin apardıqları işlər nəticəsində yeməli insulin hazırlanıb.

Yeməli insulini bədənə kapsul şəklində və ya görünməz nano-daşıyıcılar vasitəsilə şokolad parçasına yerləşdirməklə qəbul etmək olar. 

Qeyd edək ki, hazırda bir çox dərmanlar ağızdan qəbul edilsə də, şəkərli diabet xəstələri indiyədək bədənlərinə insulin vurmaq məcburiyyətində qalırdılar.

18:15 - 23 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin