Şəhid bulağı tikmək adı ilə sakinlərin pulunu mənimsədi

 Şəhid bulağı tikmək adı ilə sakinlərin pulunu mənimsədi

Gəncədə Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirmək adı ilə vətəndaşlara qarşı dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, şəhər sakini Anar Ağayev yaşadığı binanın sakinlərindən Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirəcəyini vəd edərək sakinlərin müxtəlif məbləğlərdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.

Saxlanılaraq istintaqa təhvil verən Anar Ağayev törətdiyi cinayət hadisəsini etiraf edərək əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərclədiyini bildirib. Hazırda həmin şəxs barəsində araşdırmalar davam etdirilir.

14:55 - 13 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin