Bakə aeroportunda həyəcan - Koreya təyyarəsi qəza enişi edib

 Bakə aeroportunda həyəcan - Koreya təyyarəsi qəza enişi edib

Heydər Əliyev Beynəlxalq Aeroportunda Koreyanın “Korean Air” aviaşirkətinə məxsus təyyarənin məcburi eniş etməsi ilə əlaqədar hazırlıq və həyəcan siqnalı elan edilib.

Aviaşirkətin İstanbul-Seul reysini həyata keçirən "Airbus A330" təyyarəsi mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakı hava limanına məcburi eniş edib. Təyyarə saat 22:25-də uğurlu eniş edib, hadisə zamanı xəsarət alan olmayıb.

Elan edilmiş həyəcan siqnalı ilə əlaqədar Bakı aeroportunda bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

Hazırda hava gəmisinə baxış keçirilir və baş verən hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.


02:26 - 10 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin