Bakıda bu 2 qəsəbədə "Hepatit A" virusu yayılıb - Uşaqlar daha çox yoluxur (VİDEO)

 Bakıda bu 2 qəsəbədə
Bakının iki qəsəbəsində "Hepatit A" virusu yayılıb. Virusa yoluxanlar arasında azyaşlılar üstünlük təşkil edir. 

"ARB TV"yə danışan paytaxt sakinləri bildirib ki, Bülbülə və Əmircan qəsəbələrində bu virusa yoluxma halı daha çoxdur. 

Virusla bağlı ilk müraciət yanvarn 11-də Sabunçu Tibb Mərkəzinə olub. Daha sonra xəstəliyə yoluxanların sayı artmağa başlayıb. 

TƏBİB-dən mövzu ilə bağlı bildirilib ki, müxtəlif xəstəxanalarda müalicə olunanlar arasında uşaqlarla yanaşı, böyüklər də var. 
Qeyd edək ki, bu xəstəliyin yoluxması su, qida və təmas vasitəsilə ola bilər. 

Ətraflı videomaterialda izləyə bilərsiniz:
 

 

17:00 - 20 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin