Qaraciyəri artıq yağlardan necə xilas etməli?

 Qaraciyəri artıq yağlardan necə xilas etməli?

Qaraciyər yağlanması artıq gənc yaşlarda da müşahidə edilir.

Asayis.Az türk mediasına istinadən bildirir ki, bu xəstəliyə təsir edəcək 5 təsirli tədbir bunlardır:

1. Sağlam qidalanmaq

Müasir qidalardan istifadənin artması qaraciyərin yağlanmasına və insulin müqavimətinin artmasına səbəb ola bilər. Qidalanmada zeytun yağı, balıq, tərəvəz və meyvələrə üstünlük verilə bilər.

2. Müntəzəm olaraq məşq etmək

Aparılan elmi araşdırmalar, qaraciyərin yağlanmasına səbəb olan faktorlar arasında oturaq həyat tərzi və aşağı fiziki aktivliyin mühüm rol oynadığını ortaya qoyur. Həftədə bir neçə dəfə müntəzəm olaraq orta məşq etmək, yağ yandırmasını artırmaqla ümumi sağlamlığı yaxşılaşdırır və həmçinin qaraciyərin sağlamlığını qorumağa kömək edir.

3. İdeal çəkini qorumaq 

Piylənmə və artıq çəki qaraciyər yağlanmasının ən çox görülən səbəblərindən biridir. Həddindən artıq çəki qaraciyərdə yağ yığılmasını artıraraq zamanla qaraciyərin sağlamlığını poza bilər. Odur ki, sağlam həyat tərzi keçirərək artıq çəkidən xilas olmaq lazımdır.

4.Alkoqoldan çəkinmək

Elmi tədqiqatlar həddindən artıq alkoqoldan istifadə qaraciyərin normal fəaliyyətini pozduğunu, qaraciyərdə piylərin yığılmasına, iltihaba və sonrakı sirroza səbəb olduğunu ortaya qoyur. Buna görə də, alkoqolun səbəb olduğu qaraciyər zədələnməsinin qarşısını almaq üçün spirti azaltmaq və ya tamamilə dayandırmaq həyati əhəmiyyət kəsb edir.

5. Həkim yoxlanışlarını gecikdirməmək 

Diabetli xəstələrdə qaraciyər yağlanmasının daha çox olduğu müşahidə edilir. Bəzi genetik və metabolik amillər hətta arıq və ya normal çəkisi olan insanlarda da qaraciyərin yağlanmasına səbəb ola bilər. Buna görə də, müntəzəm sağlamlıq yoxlamaları, qaraciyər funksiyası testləri və fibroscan kimi testlər qaraciyərinizin sağlamlığını izləməyə və mümkün problemləri erkən mərhələdə aşkar etməyə kömək edə bilər.

15:30 - 20 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin