TIR-ın içində gizli şəkildə Azərbaycana gəlmək istədi - FOTO

 TIR-ın içində gizli şəkildə Azərbaycana gəlmək istədi - FOTO

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Asayis.Az xəbər verir ki, bu barədə Xidmətdən bildirilib.

Yanvarın 19-da saat 04:30-da “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Sadıqov Ömər Tapdıq oğlunun idarə etdiyi “Daf” markalı 99-UL-655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə birgə baxış zamanı avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Lamia Mamedova saxlanılıb.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

12:00 - 20 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin