Sərxoşluğun Ekspertizası Mərkəzində saxta arayış verilməsi ilə bağlı iddialar yayılıb.
Asayis.Az xəbər verir ki, bununla bağlı Baku TV reportaj hazırlayıb. Materialda bu mərkəzdə sürücülərin alkotestdən keçmədən, sadəcə 10 manat ödəniş etməklə ayıqlığı təsdiq edən arayış ala bildiyi bildirilib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, Respublika Narkoloji Mərkəzi Sərxoşluğun Ekspertizasında müvafiq arayışın alınması müqabilində həkimin vətəndaşdan 10 manat istəməsi faktı olubsa, vətəndaş bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər:
"Eyni zamanda, Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən də səlahiyyətləri daxilində xidməti araşdırmalar həyata keçirilir. Qanunvericiliyə uyğun olaraq bu hadisəyə qiymət veriləcək və təqsirkarlar cəzalandırılacaq”.