“Respublikanski”də həkimin pulları və çantası oğurlandı

 “Respublikanski”də həkimin pulları və çantası oğurlandı

Bakıda xəstəxanada həkimə məxsus pullar və çanta oğurlanıb.

Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Respublika Klinik Xəstəxanasının həkimi S.Əzizova polisə müraciət edərək bildirib ki, iyulun 6-da saat 13 radələrində iş yerindən pulları və çantası oğurlanıb.

O bildirib ki, iş otağını tərk etdiyi vaxt 280 manat pulu və içərisində bank kartları, şəxsiyyət vəsiqəsi, kosmetik vasitələr olan çantası naməlum şəxs tərəfindən götürülüb.

Müraciətlə bağlı Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində araşdırma aparılır.

 

11:00 - 8 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin