Azərbaycanda tanınmış general-mayor, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Şərif Əsədullayev vəfat edib.
Asayis.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Şərif Əsədullayev 69 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ş.Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.