Şəkidə traktor aşdı - 12 yaşlı uşaq və əmisi öldü

 Şəkidə traktor aşdı - 12 yaşlı uşaq və əmisi öldü

Şəkidə traktorun aşması nəticəsində iki nəfər ölüb.

Məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Şəki kəndi ərazisində baş verib.

1978-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi traktor əsas yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onunla birgə traktorda olan 12 yaşlı qardaşının oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

10:59 - 8 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin