Göygöl-Daşkəsən-Kəlbəcər üzrə 100 saylı Daşkəsən rayonu ərazisində müəyyən edilmiş açıq və qapalı yerlərin sayı müəyyən olunub.
Asayis.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, fevral ayının 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Daşkəsən rayonu ərazisində açıq və qapalı yerlər müəyyən edilib.
"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq vətəndaşların, siyasi partiyaların, siyasi partiyalar bloklarının, seçicilərin təşəbbüs qruplarının müraciətləri əsasında açıq və qapalı şəraitdə kütləvi tədbirlərin keçirilməsi məqsədi ilə Daşkəsn Rayon İcra Hakimiyyəti başçısının 11 yanvar 2024-cü il tarixli, 5 nömrəli Sərəncamı ilə Daşkəsən şəhərinin girişindəki meydan açıq yer, Daşkəsən şəhəri, Heydər Əliyev 3 ünvanda yerləşən rayon Mədəniyyət Mərkəzi qapalı yer kimi müəyyənləşdirilib.
Qeyd edək ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Daşkəsən rayonu ərazisində müəyyən edilmiş açıq və qapalı yer olaraq 32 ünvan qeydə alınıb.