“Partlayış hərəni bir tərəfə atdı. Zaur da panellərin arasında qaldı. Zaurumu tapın, gətirin. Beş uşağı var”.
Bu sözləri Binəqədi rayonunda sexdə baş verən partlayış zamanı dağıntılar altında qalan Zaur adlı şəxsin həyat yoldaşı söyləyib.
O bildirib ki, burada olacağı heç ağlına da gəlməzdi:
“Hər dəqiqənin bir hökmü var. Nə olar, Zaurumu gətirin”.
Qeyd edək ki, yaxınlarının verdiyi məlumata görə, Zaur mebel sexinin müdiri olub. O, partlayışın baş verdiyi gün maaşları vermək məqsədilə sexə gəlibmiş.
Ətraflı Baku TV-nin süjetində:
VİDEO