Ağalıda uşaqların qar sevinci - FOTO

 Ağalıda uşaqların qar sevinci - FOTO

Zəngilan rayonunun Ağalı kəndində qarın yaratdığı mənzərə daha diqqət çəkir. Kənddə uşaqların qar sevinci isə daha maraqlı mənzərə yaradıb.

Asayis.az xəbər verir ki, Zəngilan rayonunda ötən gün saat 18 radələrində yağmağa başlayan qar qısa müddətdə intensivləşib.

Gecə boyunca davam edən qar kəndi tamamilə ağ örpəyə bürüyüb. Hazırda da kəndə qar yağması davam edir.

Təbiət hadisəsi kənddə uşaqların da sevincinə səbəb olub.

Ağalının az yaşlı sakinləri indi kənddə qartopu oynayaraq qışın sevincini yaşayırlar.

 

12:45 - 15 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin