Bakıda yolun ortasında stul qoyub oturdu - "TikTok"da paylaşdı

 Bakıda yolun ortasında stul qoyub oturdu -

Bakıda yolun hərəkət istiqamətində stul qoyub əyləşən və hərəkətə mane olan şəxsə məhkəmə hökm oxuyub. 

Qaynarinfo-nun məlumatına görə, bu hərəkətinə görə saxlanılan 1987-ci il tarixdə Ağdam rayonu, Baharlı kəndində anadan olmuş Cəfərov Fərahim Ədalət oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Fərahim Cəfərov məhkəmə ifadəsində özünü təqsirli deyib ki, yanvar ayının əvvəlində tanışı ilə içkili halda Nərimanov rayonu, Z.Bünyadov prospektində yolun hərəkət istiqamətində stul qoyub əyləşərək, hərəkətə mane olub və qeyri-adekvat hərəkətlər edib. Bu hərəkət onda gülünc vəziyyəti yaradıb. Tanışı həmin hadisəni videoya çəkib, "TikTok" sosial şəbəkəsində paylaşıb. Etdiyi əməldən peşmandır, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib. 

Məhkəmə Fərahim Cəfərovun ikinci dərəcə əlilliyi olduğunu nəzərə alataq, 50 manat cərimə edib.

12:30 - 13 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin