Sumqayıtda keçmiş polis əməkdaşı intihar edib - FOTO

 Sumqayıtda keçmiş polis əməkdaşı intihar edib - FOTO

Sumqayıtda keçmiş polis əməkdaşı intihar edib.

Hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, intihar edən şəxs hazırda polis əməkdaşı deyil.

"Həmin şəxs bir müddət əvvəl səhhətində yaranmış problemlə əlaqədar öz xahişi ilə polis orqanlarından xaric edilib".


23:17 - 6 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin