"Patı" çəkən sürücü piyadanı vurub ağır qəza törətdi

Bakıda narkotik vasitənin təsiri altında olan sürücü ağır qəza törədib. 

Hadisə paytaxtın Yasamal rayonu, M.Xiyabani küçəsində baş verib. Belə ki, 99-HO-725 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü sözügedən küçədə yüksək sürətlə hərək edən zaman idarəetməni itirərək qəza törədib. Nəticədə yolun kənarında duran piyadanı vuraraq bir neçə avtomobilə çırpılıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları müayinə edən zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu üzə çıxıb. Bundan sonra polis əməkdaşları sürücünü saxlayaraq polis bölməsinə aparıb.

14:39 - 13 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin