“Peynirci Baba” alıcıları aldadır? - FOTO

 “Peynirci Baba” alıcıları aldadır? - FOTO

"Bu bir başa vergidən yayınma halıdır”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov Bakıda fəaliyyətdə olan “Peynirci Baba” mağazalar şəbəkəsindən  alış-veriş zamanı vətəndaşalara qaytarılan ƏDV çekindən danışarkən deyib. Vəkil hesab edir ki, sözü gedən mağazalar şəbəkəsindən alıcıya təqdim edilən bu çekin heç bir hüquqi əsası yoxdur:

“Bu eyni zamanda istehlakçıların hüquqlarının pozulmasıdır, alıcıların aldadılmasıdır. Belə çek olar? Mağaza 34 manat alış-verişə 29 manat ƏDV verir? ƏDV 18% olur. Mağazadan verilən çeki başa düşmək olmur. İstehlakçıların hüquqlarının müdafiəsi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məşğul olur, inanıram ki, xidmət bu məsələni araşdıracaq”.

11:45 - 12 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin