Qaraçuxurda yol qəbristanlığa satılıb? – AÇIQLAMA

 Qaraçuxurda yol qəbristanlığa satılıb? – AÇIQLAMA

Bu gün sosial şəbəkələrdə Yeni Günəşli, Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən 4 zolaqlı yolun 1-ci zolağının qəbristanlıq ərazisinə satılması və 180 yeni qəbr yeri hazırlamaq üçün işə başlanması ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən əraziyə Qaraçuxur bələdiyyəsi nəzarət edir.

Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov isə bildirdi ki, heç bir torpaq satışından söhbət belə gedə bilməz:

“Sadəcə ərazidə olan torpaq sürüşmələrinin qarşısını almaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən istinad divarı inşa edilir”.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli açıqlamasında həmin ərazidə istinad divarının inşa edildiyini və hər hansısa torpaq alqı-satqısının olmadığını bildirdi:

“Sözügedən ərazidə torpaq sürüşməsinin qarşısını almaq məqsədi ilə AAYDA tərəfindən istinad divarı inşa edilir. Yol əvvəlki kimi 4 zolaqlı olaraq qalacaq, daraldılmayacaq. Əksinə, həmin yolun yenidən təmiri, müasir piyada səkilərinin qurulması nəzərdə tutulub”.


18:38 - 5 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin