"Google"un süni intellekt texnologiyasını gücləndirmək üçün istifadə etdiyi prosessorların ABŞ-da bir kompüter aliminin patentlərini pozması iddiası ilə şirkətə qarşı yeddi milyard dollar təzminat tələb edilib.
Asayis.az Valyuta.az-a istinadən xəbər verir ki, ABŞ şirkəti "Alphabet" "Google"u süni intellekt texnologiyasını gücləndirmək üçün istifadə etdiyi prosessorların bir kompüter aliminin patentlərini pozduğunu bildirib. Massaçusetsdə yaşayan kompüter alimi Cozef Beyts tərəfindən qurulan "Singular Computing", "Google"un onun texnologiyasını kopyaladığını və "Google Search", "Gmail", "Google Translate" və digər xidmətlərində süni intellekt xüsusiyyətlərini gücləndirmək üçün istifadə etdiyini irəli sürüb.