Yeni ilin ilk günlərində ictimaiyyəti maraqlandıran suallardan biri də 2024-cü ildə pensiyaların nə qədər artacağı ilə bağlıdır.
Qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq Sərəncamı ilə indeksləşdirilərək artırılır.
Proses ötən ildəki orta əməkhaqqı artımına uyğun həyata keçirilir.
Bəs 2024-cü ildə pensiyalar nə qədər artacaq?
Millət vəkili Vüqar Bayramov pensiyaların 11 faiz artırılacağını deyib. O bildirib ki, bu, əmək pensiyası alan bütün vətəndaşları əhatə edəcək:
“Əgər vətəndaş 500 manat alırsa, bu məbləğ orta hesabla 11 faiz indeksasiya olunaraq artırılacaq, yəni 55 manat artacaq. Daha dəqiq artım faizi fevral ayının əvvəllərində bəlli olacaq”.
Ətraflı Baku TV-nin süjetində:
VİDEO