"Ege Hospital" məhkəməyə verildi - Bu həkimlərdən təzminat tələb edilir - FOTO

"Ege Hospital" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, klinika barəsində məhkəməyə Abbasov Əbülfət Əsgər oğlu müraciət edib. 
Məhkəmədə xəstəxana rəhbərliyi ilə yanaşı, orada çalışan zob həkimi dr. Əliyev Fuad Yusif oğlu, qulaq-burun-boğaz və baş-boyun cərrahı Araz Əliyev də cavabdeh qismində iştirak edəcək. 


Fuad Əliyev 
Əbülfət Abbasov həkimlər barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi və mənəvi ziyanın ödənilməsi" iddiasını qaldırıb. 

İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın sədrliyi ilə baxılacaq. 

18:00 - 9 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin