Bakıda sərnişin avtobusu qəzaya düşüb - FOTOLAR

 Bakıda sərnişin avtobusu qəzaya düşüb - FOTOLAR

Bakıda sərnişin avtobusu qəza törədib.

Hadisə Binəqədi rayonu, 6 mikrorayon ərazisində qeydə alınıb. 26 saylı xətt avtobusu qəzaya düşüb və səkiyə çıxıb.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, “Vətən” firmasının istismarında olan 26 nömrəli müntəzəm marşrut üzrə xətti üzrə 10 TF 897 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Daşıyıcının verdiyi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan yoxdur.


12:40 - 5 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin