Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni dəmir yolu xətti çəkiləcək

 Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni dəmir yolu xətti çəkiləcək

Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur.

Asayis.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Sənədə əsasən, məqsəd, dəmir yol şəbəkəsinin inkişaf etdirilməsi və ictimai nəqliyyat əlaqələndirməsində rolunun artırılmasıdır.

Əsas hədəflər arasında hava limanı ərazisinə gediş-gəliş imkanlarının genişləndirilməsi, yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat imkanlarının təmin edilməsi (dəmir yolu əlaqəsi), hava limanı ərazisinə gediş-gəlişlərin 30 %-nin dəmir yolu nəqliyyatı hesabına təmin edilməsi (sərnişinlər və işçi heyət), uzunmüddətli inkişaf seçimlərinin nəzərdən keçirilməsi daxildir.

15:30 - 8 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin