Bu gün metroya ən çox təlabatın olduğu yerlərdən biri də sözsüz Abşeron rayonunun Xırdalan şəhəridir.
Asayis.az xəbər verir ki, Xırdalana son illər on minlərlə sakinin məskunlaşması şəhərdə nəqliyyatla bağlı müəyyən çətinliklər yaradıb.
Belə ki, Xırdalan sakinlərini daha çox pik saatlarda işə gedib-gələrkən böyük çətinliklə üzləşirlər. Bakı-Sumqayıt yolundakı tıxac bu sakinlərin hər gün 2-3 saatlarını yolda keçirmələri ilə nəticələnir.
Hazırda Xırdalandan Bakı istiqamətinə sürət elektrik qatarı günün müəyyən saatlarında hərəkət etsə də vətəndaşların üzləşdiyi problem tam həllini tapmır.
Artıq Xırdalan sakinlərinin tıxacda qalmaq problemi öz həllini tapacaq. Belə ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Xırdalana metro xəttinin çəkilməsi öz əksini tapıb. Bənövşəyi xətt üzrə çəkiləcək metro xətti Xırdalan sakinlərinə metro ilə rahat hərəkət etmək imkanı yaradacaq.
Orxan Hüseyn