Qızılcaya yoluxan şəxslə kontaktda olan hamilə qadınlar təcili şəkildə həkimə müraciət etməli, 72 saat ərzində hamiləyə qızılca əleyhinə immunoqlobulin yeridilməlidir.
Asayis.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Xanım Mirzəyeva deyib.
O bildirib ki, bu, həm virusa yoluxmanın qarşısını alır, həm də yoluxma baş verərsə, onun yüngül keçməsinə şərait yaradır.