Bakıda yeni tikilən binada lift qırılıb, xəsarət alan var

 Bakıda yeni tikilən binada lift qırılıb, xəsarət alan var

Bakıda yeni tikilən binalardan birində lift qırılıb.

Nərimanov rayonu İzəddin Həsənoğlu küçəsində liftin qırılması nəticəsində bir nəfər xəsarət alıb. Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, xəsarət alan 48 yaşlı Həsənova Zəhra topuğun travması diaqnozu ilə özəl xəstəxanalardan birinə yerləşdirilib.

Daxili işlər Nazirliyinin mətbuat xidməti faktı təsdiq edib.

Nazirlikdən bildirilib ki, hadisə nəticəsində ölən yoxdur.


08:43 - 5 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin