Asayis.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram hesabında paylaşım edib.
Qeyd edək ki, 62 yaşlı tanınmış qarmon ifaçısı uzunsürən xərçəng xəstəliyindən sonra bu gün vəfat edib.
1998-ci ildə özünün bəstələdiyi “Aytac” rəqsi ona xeyli uğur gətirib, eyniadlı ilk albomu işıq üzü görüb. Yaradıcılıq dövrü ərzində “Rusif”, “Ləman” və “İnanmaram” adlı albomları onu Azərbaycan tamaşaçısının sevimlisinə çevirib. 2009-cu ildə mədəniyyət sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.