ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib

 ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət ekspress sürət qatarını əlavə reysə cəlb edib.

QSC-dən Asayis.az-a  verilən məlumata görə, yanvarın 3-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz

14:30 - 3 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin