Ağdaşda avtoqəzada polis işçisi ölüb - YENİLƏNİB

 Ağdaşda avtoqəzada polis işçisi ölüb - YENİLƏNİB

Dünən axşam saatlarında Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

 

11:44 - 3 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin