Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

 Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb.

Ötən gün axşam saatlarında rayonun Car kənd sakini 1962-ci il təvəllüdlü Şaban Məmməd oğlu Quçiyev qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Şaban Quçiyev əməliyyat edildikdən sonra xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Şaban Quçiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsində sürücü vəzifəsində işləyir.

Məlumata görə, Şaban Quçiyev həmkəndlisi Tahir Kaştayev tərəfindən bıçaqlanıb. Tahir Kaştayev sübhəli şəxs qismində saxlanılıb. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

18:43 - 3 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin