Sosial yardımlar yenə gecikir

 Sosial yardımlar yenə gecikir

Hər ay sosial ödənişlərin köçürülmə tarixi əvvəlcədən təyin olunmuş qrafik əsasında həyata keçirilir.

Asayis.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili deyib.

“Həmin qrafik əsasında pensiya, müavinətlər və təqaüd yönümlü sosial yardımın ödənişi ay bitməmiş vətəndaşların hesabına köçürülür. Bu ayın sosial ödənişlərinin ödənilməsində də gecikmə olmayıb. Belə ki, ay bitməmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə dekabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Yaxın 2 gündə də digər sosial ödənişlərin yekunlaşdırılması nəzərdə tutulur”, - Mehdili bildirib.

Qeyd edəki ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq daha tez ödənilib yekunlaşacağı barədə məlumat yaymışdı.

14:30 - 29 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin