Prezident şəhid qızını yüksək vəzifəyə təyin etdi

 Prezident şəhid qızını yüksək vəzifəyə təyin etdi

Dünən Prezident İlham Əliyevin imzaladığı sərəncamla Hacıyeva Sülhanə Sərdar qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.


Əslən Zəngilan rayonundan olan Sülhanə Hacıyeva bu vəzifəyə qədər Zəngilan qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.


Sülhanə Hacıyeva eyni zamanda 1-ci Qarabağ Müharibəsi zamanı şəhid olan Qubadlı Rayon Məhkəməsinin sədri Hüseynov Sərdar Hüseynqulu oğlunun qızıdır.


Onu da bildirək ki, dünən həm də şəhid Sərdar Hüseynovun doğum günü olub. Sərdar Hüseynov 1956-cı ilin 1 iyul tarixində anadan olub.

16:56 - 2 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin