Qırmızı bülletenlə axtarışda olan cinayət təşkilatının lideri Erik Şröder İstanbulda tutulub.
Asayis.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Almaniya tərəfindən “cinayət törətmək, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması və narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün təşkilat yaratmaq” ittihamına görə İnterpolun qırmızı vərəqəsi ilə axtarışda olan mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Erik Şröder İstanbulda keçirilən “Qəfəs-25” əməliyyatı zamanı tutulub.
Qeyd edək ki, əməliyyatı İstanbul polis qrupları təşkil edib.
Əməliyyat zamanı 41 min 850 avro və 38 min türk lirəsi, məşhur markaya məxsus qol saatları, pasportlar və sim kartlar ələ keçirilib.