Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

 Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Məmməd Səid Ordubadi küçəsində Elnur İslamzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman qəfil qarşısına piyada çıxıb. O, qəfil manevr edərkən əks yolda olan “Ford” markalı maşınla toqquşub. Qəza nəticəsində “Ford”da olan bir nəfər xəsarət alıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Sürücülərin izahatı alınıb.

Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.


03:08 - 2 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin