Qazilərimizi həyata qaytaran türkiyəli həkim vəfat etdi - FOTO

 Qazilərimizi həyata qaytaran türkiyəli həkim vəfat etdi - FOTO

Vətən müharibəsində ağır yanıq travması alan qazilərimizi müalicə edərək həyata qaytaran türkiyəli həkim-professor Ahmet Çınar Yastı vəfat edib.

Asayis.Az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a mərhum həkimin çalışdığı xəstəxanadan məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən 55 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ahmet Çınar Yastı 1968-ci ildə Mersində dünyaya gəlib. O, Türkiyənin Ankara Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzinin qurucusu və rəhbəri idi.

Türkiyəli həkim Vətən müharibəsində ağır yanıq travması alan qazilərimizin müalicəsində və sağlamlıqlarına qovuşmasında aktiv iştirak edib. Göstərdiyi fədakarlığa görə Azərbaycanın səhiyyə qurumları tərəfindən təltif olunub.


13:30 - 25 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin