Demokrat.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.
Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən Müayinə Mərkəzində keçirilən tədbirdə nümunəvi sürücü adı qazanan 37 nəfərə müxtəlif hədiyyələr təqdim edilib.
Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri də iştirak edib və sürücülərə mükafatlar onlar tərəfindən təqdim olunub.
İl ərzində mütəmadi olaraq keçirilən tədbirdə məqsəd sürücüləri qayda pozmamağa təşviq və yollarda təhlükəsizliyi təmin etməkdir.