Azərbaycanlı rejissor vəfat etdi

 Azərbaycanlı rejissor vəfat etdi

Heydər Əliyev Sarayının keçmiş baş rejissoru, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyeva vəfat edib. “Report” xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, G.Şəfiyeva bu gün 74 yaşında dünyasını dəyişib. Qeyd edək ki, G.Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Uzun illər Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb. Həmçinin Heydər Əliyev Sarayının baş rejissoru kimi fəaliyyət göstərib.

13:00 - 24 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin