“8-ci km bazarı”nda arabaçı ilə alverçi arasında DAVA

 “8-ci km bazarı”nda arabaçı ilə alverçi arasında DAVA

Bakının Nizami rayonunda 1996-cı il təvəllüdlü Xudaverdi tanışı Dilqəmə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin martın 5-də, “8-ci km bazarı”nın 60 saylı dükanında baş verib. Xudaverdi tanışı Dilqəmin onu təhqir etməsi səbəbindən onunla mübahisə edib. 

Baş vermiş mübahisə zamanı qəsdən əli ilə bir neçə dəfə Dilqəmin bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona xəsarətlər yetirib.

Hadisəni törədən Xudaverdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xudaverdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xudaverdi ona elan  olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, “8-ci km bazarı”nda arabaçı işləyir, tanışı Dilqəm isə həmin bazarda meyvə satışı ilə məşğuldur: “Bu səbəbdən hər gün bir-birimizi görmüşük, aramızda heç bir ədavət olmayıb. Martın 5-də, saat 08.30-da bir nəfər tanımadığım qadın müştəri qismində yaxınlaşaraq bazarda 60 saylı dükanda meyvələr aldığını, həmin meyvələrin hələ də həmin dükanda olduğunu dedi. Həmin dükana gedərək aldığı meyvələri arabaya qoymağımı, bazarın çıxışına doğru gətirməyimi bildirdi. İdarə etdiyim araba ilə 60 saylı dükanın önünə getdim. Həmin dükanda satıcı işləyən Dilqəmdən müştəriyə çatdırılası meyvələrin olub-olmadığını soruşdum. Dilqəm sualımı cavabsız qoyduğu üçün qadın müştərinin mənə dükanın nömrəsini səhv deməsini zənn etdim. Bu səbəbdən bir qədər irəlidə olan dükana doğru arabanı sürməyə başladım. Bu vaxt Dilqəm arxamca gələrək “karsan, sənə söz başa salmaq üçün anqırmaq lazımdır?” sözlərini dedi. Buna görə Dilqəmin kobud sözlərinə eyni qaydada cavab verdim. Dilqəm məni öz işlədiyi dükana çağırdı. Orada Dilqəm nə səbəbdən kobud danışmağımı soruşdu, məni təhqir etdi. Aramızda yaranmış mübahisə zamanı bir neçə dəfə Dilqəmin üz nahiyəsindən yumruqla vurdum. Həmin vaxt Dilqəm də dayanmadan dörd dəfə sifət nahiyəmdən yumruqla vurdu. Bundan sonra həmin dükandan getdim”. 

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xudaverdi 1000 manat məbləğində cərimə cəzası alıb. 

Demokrat.az

14:30 - 22 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin