"Otellər, restoran və kafelər özəl sektordur. Bunlara administravit formada müdaxilə edib “niyə qiymətləri qaldırırsınız?” demək düzgün deyil. Bazar iqtisadiyyatıdır və bütün dünyada belədir, bayram ərəfəsində təyyarə biletlərindən tutmuş otellərə qədər bütün sahələrdə qiymətlər qaldırılır”.
Asayis.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. O, ölkədəki turizm mərkəzlərində qiymətlərin baha olmasını mövsümlə əlaqələndirib:
“Bu, mövsümi xarakter daşıyır, təbii ki, sonradan qiymətlər enir. Ona görə də sahibkarlara müdaxilə etmək, məhdudiyyət qoymaq yanlışdır. Bu, rəqabəti, tələb-təklif balansını pozmaq deməkdir. Mən ölkədə daha çox turizm obyektlərinin açılmasının, xidmətlərin sayının artırılmasının tərəfdarıyam. Bu zaman təbii ki, tələb-təklif qanunu qiymətləri tənzimləyəcək. Dövlətin bu məsələyə müdaxiləsi doğru olmazdı. Müəyyən məsələlər var ki, daim nəzarətdə saxlanılır, təkliflər edilir, məsələn dərmanların, vacib ərzaq məhsullarının qiymətləri. Daim bu barədə Milli Məclisdə çıxışlar edirik ki, istehlak səbətinə daxil olan ərzaqların qiymətləri dövlət tərəfindən tənzimlənsin, ciddi nəzarət mexanizmi yaradılsın. Əyləncə sektroruna – otellərdə, kafe-restoranlarda, kinoteatrlarda qiymət siyasətinə qarışmaqsa, fikrimcə düzgün deyil”.
Demokrat.az